Premyer Liqa: Kaxaber Sxadadze bu gün “Qəbələ”də debüt oyununa çıxacaq

Premyer Liqa: Kaxaber Sxadadze bu gün “Qəbələ”də debüt oyununa çıxacaq

28 Fevral 2024

Azərbaycan Premyer Liqasında bu gün XXIII turdan təxirə salınan oyun keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda baş tutacaq matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın "sükanı arxasında" debüt oyunu olacaq. Baş hakim Tural Qurbanov saat 19:00-da oyunun start fitini səsləndirəcək.

Azərbaycan Premyer Liqası

XXIII turdan təxirə salınan oyun

28 fevral

19:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu

Mənsurə Hümbətova