Növbəti köç karvanı Zabuxa çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub -

Növbəti köç karvanı Zabuxa çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

20 Noyabr 2023

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 25 ailə - 91 nəfər köçürülüb. Bununla da Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.