Naxçıvanda “kağızsız hökumət”ə keçid prosesi sürətlənir - MÜSAHİBƏ
İdarəetmə səmərəliliyinin artırılması və mövcud hüquqi bazanı gücləndirilməsi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında bəhs olunan vacib sahələrdəndir.
Bu fikirləri"NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib.
O, deyib ki, “İnstitusional inkişaf” prioriteti istiqamətində 27 fevral 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad və Şərur şəhərlərində, 24 iyul 2024-cü il tarixində isə Babək şəhərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin açılışı həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin balansında olan xidmət mərkəzlərində yerləşən ümumilikdə, 1922 779.93 manat dəyərində qeyri-yaşayış sahəsi, mehmanxana və digər dövlət əmlaklarının özəlləşdirilməsi həyata keçirilib.
"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu üzrə baş tutmuş müsahibələr nəticəsində, ümumilikdə 44 nəfər inzibati vəzifələrə təyin edilib. Dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədilə yaradılmış Rəqəmsal Sənəd Dövriyyəsi Altsisteminə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 qurumun qoşulması təmin edilib. Beləliklə, sözügedən altsistemə qoşulmuş qurumların sayı 58-ə çatdırılıb". - deyə Vüsal Qasımlı bildirib.
Müsahibəni hazırladı:
Mətin KAMAL