Yaralılara Qazaxıstanda yüksək peşəkər tibbi yardım göstərilib

Yaralılara Qazaxıstanda yüksək peşəkər tibbi yardım göstərilib

26 Dekabr 2024

Yaralılara Qazaxıstanda yüksək peşəkər tibbi yardım göstərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.

O bildirib ki, xəsarət alanlardan yeddi nəfər Bakıya gətirilib: “Daha yeddi xəsarət alan da Bakıya gətiriləcək. Biz müalicə və müayinəyə hazırıq”.

Nazir müavininin sözlərinə görə, yaralılar arasında vəziyyəti ağır olanlar da var: “Xəsarət alan uşağın vəziyyəti isə orta ağırdır. Vəziyyəti ağır olan üç nəfər hazırda Aktau şəhərindədir. Bakıya gətirilənlər Yeni Klinika xəstəxanasında müalicə olunacaq".

İ.Qasımovun sölzərinə görə, evakuasiya riski olmayacağı təqdirdə, Qazaxıstandakı yaralılar Bakıya gətiriləcək.