Azərbaycanın Serbiyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

Azərbaycanın Serbiyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

26 Dekabr 2024

“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı ölkəmizin Serbiyadakı səfirliyində dövlət bayrağı yarıya endirilib, xatirə kitabı açılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfirlik tərəfindən dekabrın 26-27-də xatirə kitabının açıldığı elan olunub, sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşımlar edilib.

Serbiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Damyan Yoviç və Serbiyada fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbərləri və nümayəndələri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Bundan başqa, Serbiya vətəndaşları səfirliyin önünə gül dəstələri düzməkdə davam edirlər.