Naxçıvanda güzəştli maliyyələşmənin əhatə dairəsi genişlənib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 2024-cü ildə sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-a çatdırılıb.
Bu istiqamətdə 3 yeni kredit təşkilatı ilə işlər davam etdirilir.