Büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışanların vəzifə maaşları təsdiqlənib

Büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışanların vəzifə maaşları təsdiqlənib

10 Yanvar 2025

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları təsdiqlənib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.

Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilib.