İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib -

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib - FƏRMAN

10 Yanvar 2025

Prezident İlham Əliyev 14 iyun 2019-cu il tarixli “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib.