Naxçıvanda da ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq keçirilib -

Naxçıvanda da ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq keçirilib - FOTO

18 May 2024

Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə keçirilən monitorinqdə Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərindən 5 minə yaxın şagird iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mayın 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq keçirilib. Monitorinqdə Naxçıvan Muxtar Respublikasının ümumitəhsil müəssisələrinin IV siniflərində təhsil alan 5 minə yaxın şagird iştirak edib. Monitorinqdə şagirdlərə tədris dili və riyaziyyat fənlərindən ayrı- ayrılıqda 30 olmaqla ümumilikdə 60 sual təqdim olunub və 120 dəqiqə vaxt ayrılıb. Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmiyəcək.

Məlumat üçün bildirək ki, mayın 19-da isə ümumitəhsil müəssisələrinin VI sinifləri üçün monitorinq təşkil olunacaq.