
Naxçıvan şəhərinə 10 sm, Küküyə isə 22 sm qar yağıb
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin fevralın 21-i saat 07:00-a olan məlumatına əsasən, Naxçıvan şəhərinə, Ordubad rayonunun Parağaçay və Nürgüt kəndlərinə, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərinə, Şərur rayonunun Axura kəndinə, Culfa rayonunun Ərəfsə və Göydərə istiqamətlərinə, eləcə də digər yüksək dağlıq ərazilərə qar yağıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qarın hündürlüyü Naxçıvan şəhərində 10 sm, Ordubad şəhərində 5 sm, Parağaçayda 13 sm, Nürgütdə 12 sm, Culfa şəhərində 3 sm, Göydərədə 14 sm, Ərəfsədə 11 sm, Şahbuz şəhərində 8 sm, Biçənəkdə 11 sm, Küküdə 22 sm, Şərur şəhərində 7 sm, Axurada 11 sm, Kəngərli rayonunda 8 sm, Sədərək rayonunda isə 8 sm olub.
Qeyd edək ki, muxtar respublikada qarlı hava şəraitinin fevralın 23-dək davam edəcəyi proqnozlaşdırılır.