
Naxçıvanda fevralın 19-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında fevralın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin arabir yağmurlu keçəcəyi və duman olacağı gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz isə 0+5° isti (bəzi yerlərdə 2°-dək şaxta) olacağı ehtimal olunur.