Naxçıvan şəhərində "Mercedes" motosikletlə toqquşub -

Naxçıvan şəhərində "Mercedes" motosikletlə toqquşub - FOTO

19 Sentyabr 2024

Naxçıvan şəhərində "Mercedes" motosikletlə toqquşub, sürücü xəsarət alıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə şəhərin Babək məhəlləsində baş verib. 75-BM-846 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-A-213 dövlət nömrə nişanlı motosiklet toqquşub. Hadisə zamanı motoskiletin sürücüsü, Naxçıvan şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Rəmzi Səfər oğlu xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.