Naxçıvan Mədəniyyət Nazirliyində işə qəbul müsahibəsi başlayıb -

Naxçıvan Mədəniyyət Nazirliyində işə qəbul müsahibəsi başlayıb - FOTO

28 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün 21 avqust 2024-cü il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibə 28 sentyabr - 05 oktyabr 2024-cü il tarixləri arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin inzibati binasında keçiriləcək. Müsahibə mərhələsidə, ümumilikdə 297 nəfərin iştirakı nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqə mərhələsində 20 dəqiqə ərzində namizədlərin peşəkarlıq qabiliyyətləri, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılır. Komissiya müsahibə zamanı namizədləri müvafiq meyarlar əsasında 5 ballıq sistem əsasında qiymətləndirilir. Namizədlər meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.

Müsabiqənin nəticəsi barədə məlumat müsahibənin keçirildiyi gündən 1 iş günü müddətində Nazirliyin rəsmi səhifəsində (nculture.gov.az) paylaşılacaq. Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqələrini, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali (orta ixtisas) təhsili müəssisəsini bitirmə haqqında sənədi özləri ilə birlikdə gətirməlidirlər. Namizədlər imtahanın keçiriləcəyi binaya qrafikdə qeyd olunan vaxtdan ən azı 30 dəqiqə əvvəl gəlməlidir.

Müsahibədə iştirak edəcək namizədlər müsahibə qrafiki ilə https://nculture.gov.az/i-s-q-bul linki vasitəsilə tanış ola bilərlər: