Muxtar respublikanın musiqi məktəbləri yeni musiqi aləti ilə təmin olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafina dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”nda muxtar respublikada mədəniyyətin inkişafı ilə bağlı qarşıya qoyulan məsələlər uğurla icra olunur. Proqramın 2023-2024-cü illər üçün Təfsilatlı Tədbirlər Planında yer alan dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəndin icrası ilə əlaqədar 25 ədəd fortepiano musiqi təhsili müəssisələrinə, 1 ədəd isə Naxçıvan Dövlət Uşaq Filarmoniyasına təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 06 noyabr 2023-cü il tarixdə “Musiqi aləti və avadanlıqların satınalınması” ilə bağlı tender elan olunub, ötən ilin dekabr ayında "CASPIAN INDUSTRY" MMC tenderin qalibi olub.
Mənsurə Hümbətova