Müğənni Tina Törner vəfat edib

Müğənni Tina Törner vəfat edib

24 May 2023

Amerikalı və isveçrəli müğənni, aktrisa və rəqqasə Tina Törner 83 yaşında vəfat edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

"Rok-n-rollun kraliçası" Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən 83 yaşında vəfat edib”, - müğənninin sözçüsü açıqlamasında bildirilir.

"Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rol modelini itirdi", - açıqlamada qeyd olunur.