Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub

14 May 2024

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bürünc medal uğrunda qarşılaşmada "Odlar Yurdu” və “Real Bakı" komandaları üz-üzə gəlib.

Bakı Tennis Akademiyasında keçirilən görüş ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, saat 21:00-da isə “Aznur” və “Birbaşa Bakı” kollektivləri final oyununda münasibətlərə aydınlıq gətirəcəklər.