Mədəniyyət müəssisələrinin əməkdaşları təlimlərdə iştirak üçün Bakı şəhərinə ezamiyyətə göndərilib
Müəssisələrin xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif mədəniyyət müəssisəsi növləri üzrə peşəkar təlimlərin təşkilinin icrası ilə bağlı 2023-cü ildə müvafiq sahələr üzrə təlim kurslarına ehtiyac barədə təkliflər hazırlanaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cari ilin 8 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana və muzeylərin bir qrup əməkdaşı peşəkarlıq səviyyəsinin daha da artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi məqsədilə Bakı şəhərinə ezam olunublar.