“Azərbaycan-Ukrayna Dostluq Vokalçıları” beynəlxalq müsabiqəsi keçirilib - FOTO
Ukraynanın Truskavets şəhərində Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Ukrayna Dostluq Vokalçılarının VII Beynəlxalq Müsabiqəsi” keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Kiyev Beynəlxalq Universitetində baş tutub və müsabiqədə müxtəlif şəhərlərdən 10 gənc vokalist iştirak edib.
Müsabiqənin münsiflər heyətində Ukraynanın Xalq Artisti Qurban Abbasov, Milli Operanın solisti, professor Aleksandr Dyaçenko və Lvov Operasının solisti, professor Lyudmila Bojko iştirak ediblər.
İkinci yerə azərbaycanlı vokalist Zarina Vəlixanova layiq görülüb. Qaliblər münsiflər heyəti tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, bu, Ukraynada bütün xərcləri təşkilat komitəsi və Truskavets şəhər şurası tərəfindən qarşılanan yeganə müsabiqədir.