Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb

29 Mart 2024

Laçında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks tibbi müayinələrini aparıblar.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq müalicələr təyin edilib. Həmçinin yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib, valideynlər üçün maarifləndirici tədbir təşkil edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Mənsurə Hümbətova