Naxçıvanda könüllü qanvermə aksiyası keçiriləcək

Naxçıvanda könüllü qanvermə aksiyası keçiriləcək

15 İyul 2024

İyulun 16-da Naxçıvan Muxtar Respublikasında qanvermə aksiyası təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, könüllü aksiya Naxçıvan şəhərində 3 ünvanda - Heydər Məscidi, Sarvanlar Məscidi və Pirqəmiş Məscidində, eyni zamanda, bütün rayonların mərkəzi xəstəxanalarında baş tutacaq.

Aksiya saat 10:00-dan 12:00-dək davam edəcək.