Klub müəssisələrinə yeni təyin edilmiş əməkdaşlar üçün seminar keçirilib - FOTO
Noyabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında Sarayın tabeliyindəki klub müəssisələrinə yeni təyin olunmuş əməkdaşlar üçün “Klub işinin təşkili” adlı seminar keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin əməkdaşı Şəfəq Əhmədova açaraqbildirib ki, seminarın məqsədi yeni təyin olunmuş, həmçinin digər əməkdaşların işlərini günün tələbləri səviyyəsində qurmasına köməklik göstərməkdən ibarətdir.
Sonra mövzu ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşlarının çıxışları dinlənilib. Mərkəzin direktoru Səyyar Məmmədovun “Klub işinin təşkilində klub müəssisələrində çalışanların vəzifələri”, şöbə müdirləri Şərəf Quliyeva və Sevinc Rəhimovanın “Mədəni kütləvi tədbirlərin təşkili” və “Dərnək fəaliyyətinin təşkili və sistemli şəkildə aparılması”, aparıcı metodistinin “Folklor nümunələrinin toplanması işi” adlı çıxışları olmuşdur.
Çıxışlardan sonra klub müəssisələrinin əməkdaşlarının sualları cavablandırılmış, təklifləri qeydə alınıbş