ADSEA sədri slovakiyalı rəsmilərlə su ehtiyatlarının idarə edilməsi barədə fikir mübadiləsi aparıb
COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Slovakiyanın baş nazirinin müavini, Ətraf Mühit naziri Tomaş Taraba və Slovakiyanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi Milan Lajçiakla görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı ətraf mühitin qorunması, ekoloji davamlılıq və su ehtiyatlarının idarə edilməsi barədə fikir mübadiləsi aparılıb.
Əlavə olaraq, davamlı su resurslarının idarə olunması, ətraf mühitin qorunması sahəsində konkret əməkdaşlıq addımlarının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılıb.