Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

21 Noyabr 2024

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 192 milyon 600 min 100 manat olub.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,1 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 % artaraq 2 539,6 manat olub.