![İngiltərə millisinin futbolçusu "Arsenal"ın tarixinə düşüb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/ingiltere-millisinin-futbolcusu-arsenalin-tarixine-dusub-1707733519.jpg)
İngiltərə millisinin futbolçusu "Arsenal"ın tarixinə düşüb
İngiltərə millisinin futbolçusu Bukayo Saka "Arsenal" klubunun tarixinə düşüb.
NAXCİVANXEBERLERİ.COM "Sky Sports"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna "Vest Hem"ə 6:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV turunun matçında nail olub.
Qarşılaşmada dubl edən Saka "topçular"da vurduğu qolların sayını 51-ə çatdırıb.
Beləliklə, o, 1978-ci ildə Frank Stapletondan sonra London təmsilçisində 50 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.
Mənsurə Hümbətova