İlham Əliyev: İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır

İlham Əliyev: İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır

06 Sentyabr 2024

İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollara bərabər olmuşdur və burada artım üçün potensial var.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib.

“Təkcə enerji sektorunda deyil, digər sektorlarda da Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir”, - deyə dövlətimizin başçısı əlavə edib.