Hakan Fidan Bakıya gəlir

Hakan Fidan Bakıya gəlir

17 Yanvar 2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" “Haber Global”a istinadən xəbər verir ki, H.Fidanın səfər çərçivəsində yüksək səviyyəli görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi bildirilib.