Günün qoroskopu-30.05.2023

Günün qoroskopu-30.05.2023

30 May 2023

Qoç- ətrafdakılar sizin müsbət cəhətlərinizi görəcəklər. Bir zamanlar sizin haqqınızda düzgün fikirdə olmayanlar fikirlərini dəyişəcəklər. Başgicəlləndirən macəranın təməli qoyulacğı da gözlənilir. 

Buğa- yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu gün təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini məsləhət görür. 

Əkizlər- ehtimal ki, maliyyə işləriniz qaydasına düşəcək, yaxud da borcunuz qaytarılacaq. Uzağa gedən planlar qurmayın. Yaxşı olar ki, gündəlik işlərinizi görəsiniz. 

Xərçəng- sıxlıq yerlərdə sevdiyiniz insanla razılaşmaqda çətinlik çəkə bilərsiniz. Onu çox tənqid etməməyə çalışın. Yaxşı olar ki, qarşı tərəflə mehriban davranasınız. 

Şir- yaradıcı, enerjili olacaqsınız. Bu da başladığınız işləri tamamlamağa kifayət edir. Bütün informasiyalara etibar etmək olmaz. Kimsə sizi bilərəkdən yanlış yola çəkmək istəyir. 

Qız- bu gün tərif deyil, tənqid eşidəcəksiniz. Səhvlərinizi anladığınızı və düzəltməyə çalışdığınızı deməyin isə heç faydası olmayacaq.  Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.

Tərəzi- şəxsi müstəvidə böyük dəyişikliklər olacaq. Hətta bu dəyişiklik sizin üçün o qədər vacib olacaq ki, məyyən müddətdə bütün başqa işlərinizi unudacaqsınız. 

Əqrəb- çox məhsuldar gündür. Bu günə planlaşdırılan bütün işlərin öhdəsindən tez və keyfiyyəli gələcəksiniz. Bu səbəbdən yaxınlarla birlikdə istirahət etmək üçün zamanınız qalacaq. 

Oxatan- riskə getməyin. Gün ciddi problemlər yaşadacaq. Istənilən maliyyə işi ehtiyatlı olmağı tələb edəcək.Bu gün borca pul almayın və izdihamlı yerlərdə olmayın. 

Oğlaq- həyatınızda ciddi dəyişikliklər baş verəcək. Bu gün adətlərinizi dəyişmək asan olacaq. Yaradıcılıq potensialı yüksək olacaq. Özünüzə inam güclü olacaq və bu, sizi daha cəlbedici edəcək. 

Dolça- bu gün diqqəti öz üzərinizə yönəldəcəksiniz, amma bu heç də xoşagələn mənada deyil. Ən pisi də odur ki, bugünki büdrəmələriniz rəğbət etdiyiniz şəxslərin diqqətini çəkəcək. 

Balıqlar- bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun.