Günün qoroskopu-28.05.2023

Günün qoroskopu-28.05.2023

28 May 2023

Qoç- çətin gündür. Planlaşdırmadığınız xərcləmələr olacaq. Yeni ideyaları tez reallaşdırmaq istəyi sizi yanlış addımlar atmağa vadar edəcək. Şəxsi müstəvidə situasiyanı düzgün qiymətləndirə bilməyəcəksiniz. 

Buğa- işdə diqqətinizi toplaya bilməyəcəksiniz. Başınız ev işlərinə və şəxsi qayğılara qarışıb. Bu səbəbdən, hətta gündəlik işinizin də öhdəsindən gəlmək asan olmayacaq. Həmkarlarınız və müdiriyyətlə aranızda problemlərin olacağı da istisna deyil.

Əkizlər- bu gün çox kəskin danışığınızla düşmən qazana bilərsiniz. Xüsusilə də bu gün qadınlarla dil tapa bilməyəcəksiniz. Yaxşı olar ki, bu gün maliyyə məsələlərinin həllilə məşğul olmayasınız.

Xərçəng- gün ciddi uğurlar vəd etmir. Amma əhval-ruhiyyənizi korlayacaq hadisə də baş verməyəcək. Keçmiş, amma hələ də unuda bilmədiyiniz sevgilinizlə qarşılaşmaq ehtimalı var. Pulu qənaətlə xərcləməyi öyrənsəniz, pis olmaz.

Şir- qarışıq gündür. Indiyədək təxirə saldığınız məsələlərdən biri yenidən gündəmə gələcək. Sizin üçün dəyərli insanlarla ünsiyyət zamanı həssas, diqqətli olun. Səhhətinizə fikir verin.

Qız- vacib işlərlə məşğul olun. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Sevindirici hadisə baş verəcəyi ehtimal edilir. Axşam saatlarında dostlarla birlikdə əylənin.

Tərəzi- səbrli olun. Gün baş gicəlləndirən uğurlar vəd etmir. Istədiyinizə nail olmaq üçün müəyyən zaman keçməlidir. Boş söhbətlərdən uzaq olun. Yeni tanışlıq üçün də münasib gün deyil. Sevdiyiniz şəxsin sizin diqqətinizə ehtiyacı var.

Əqrəb- vacib xəbər eşidəcəksiniz. Daxil olan informasiya üzündən prinsiplərinizə yenidən nəzər salacaqsınız. Şəxsi müstəvidə sizi narahat edən məsələlər ikinci planda qalacaq. Qiymətli əşyanı itirmək təhlükəsi də var.

Oxatan- intellektual səviyyəniz yüksələcək. Təhsildə uğur gözlənilir. Bəzək aksesuarlarını almaq üçün uğurlu gündür. Xüsusilə də parlaq rənglərə üstünlük verin. Bu gün həllini gözləyən məsələlərin öhdəsindən yaxşı gələcəksiniz. Yeni pərəstişkarlarınız olacaq.

Oğlaq- yeni ideyalarınızı hamı ilə paylaşmayın. Çünki ünsiyyət dairənizdə qəlbi qara adamlar da var. Hamını özünüz kimi bilməyin. Bu saflığınızdan istifadə edə bilərlər.

Dolça- xırda problemlərin yaşanacağı gündür. Maliyyə çətinlikləri də qaçılmazdır. Əgər plansız alış-verişdən, bahalı əyləncədən uzaq dursanız, bu çətinliyi dəf edə bilərsiniz. Bu gün ciddi fiziki yük məsləhət görülmür.

Balıqlar- özünüzə daha çox vaxt ayırmaq niyyətiniz olacaq. Sıxlıq olan mühitlər sizə görə olmayacaq. Maddiyyata bağlı həll edilməsi lazım olan işlərinizi reallaşdıracaqsınız.