Günün qoroskopu-03.06.2023
Qoç- istənilən tənqidi baxışa kritik yanaşırsınız. Sizin üçün özgəsinin fikri sizinkindən daha üstündür. Yeni tanışlarınızın xoşuna gəlmək üçün can atacaqsınız.
Buğa- xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Amma xırda mübahisələr yaşanmaq ehtimalı da var.
Əkizlər- ən yaxşı xüsusiyyətlərinizi bu gün parlaq nümayiş etdirəcəksiniz. Bürcün bəzi nümayəndələri rəğbət bəslədikləri şəxsin etimadını qazana biləcəklər.
Xərçəng- sizin güclü müşahidə etmək qabiliyyətiniz gününüzü uğurlu edəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür.
Şir- bugünkü hərəkətləriniz özünüzdən çox, başqalarına fayda verəcək. Bununla belə, siz başqalarına yardım etməkdən sevinc duyacaqsınız və onlardan qarşılıq ummayacaqsınız.
Qız- gün pozitiv emosiyalarla zəngindir. Ehtimal ki, yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən uğurla gələcəksiniz.
Tərəzi- riskə getməyin. Istənilən maliyyə işi ehtiyatlı olmağı tələb edəcək. Bu sferada riskə getmək olmaz. Bu gün borca pul almayın və izdihamlı yerlərdə olmayın.
Əqrəb- gün kifayət qədər əyləncəli macəralar, o cümlədən romantik anlar vəd edir. Bir zamanlar həyatınızda vacib rol oynamış adamla görüşəcəksiniz.
Oxatan- bu günü adi gün hesab etmək olmaz. Çox hadisələr baş verəcək, amma onların bəziləri sizi sevindirməyəcək. Ehtimal ki, əhvalınız da korlanacaq.
Oğlaq- yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini məsləhət görür.
Dolça- günün birinci yarısı istənilən faydalı işlərin reallaşması üçün uğurludur. Zəhmətinizin dəyərləndirilməsi baxımından çox məhsuldar gündür.
Balıqlar- həyatınızda ciddi dəyişikliklər baş verəcək. Bu gün adətlərinizi dəyişmək asan olacaq. Özünüzə inam güclü olacaq və bu, sizi daha cəlbedici edəcək.