Fatma Səttarova II Fəxri xiyabanda dəfn olunub -

Fatma Səttarova II Fəxri xiyabanda dəfn olunub - FOTO

14 Sentyabr 2024

Sentyabrın 14-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova  İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, mərhumənin yaxınları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov çıxış edərək Nazirliyin rəhbərliyi adından başsağlığı verib.

Mərasim iştirakçılarına "İstiqlal" ordenli və Prezident təqaüdçüsü olan mərhumə F. Səttarovanın Vətənə, xalqa və millətinə bağlılığından, İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmasından danışılıb. Həmçinin F.Səttarovanın faşizmə qarşı aparılan mübarizədə Sovet ordusunun sıralarında Berlinə qədər getdiyi də xüsusi vurğulanıb.