![Əhliman Əmiraslanov: Bədxassəli şişlərin 35-40 %-i keyfiyyətsiz qidalanma ilə bağlıdır](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/ehliman-emiraslanov-bedxasseli-sislerin-35-40-i-keyfiyyetsiz-qidalanma-ile-baglidir-1709055067.jpg)
Əhliman Əmiraslanov: Bədxassəli şişlərin 35-40 %-i keyfiyyətsiz qidalanma ilə bağlıdır
Bədxassəli şişlərin yaranmasının 35-40 %-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.
Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var: “Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.
Mənsurə Hümbətova