Dünya çempionatı: Daha iki taekvondoçu medal qazana bilməyib

Dünya çempionatı: Daha iki taekvondoçu medal qazana bilməyib

03 İyun 2023

Azərbaycan taekvondoçusu Eltac Qafarov Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Marko Qolubiçə uduzub.

Qafarov daha əvvəl Vasilliy Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmışdı.

Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.