Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib

Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib

18 Aprel 2024

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "X" hesabında bildirilib.

"Səfirimiz Cahit Bağçı Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Ramin Məmmədovu ziyarət edib, təbriklərini çatdırıb. Görüş zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda qeyd edilib.

Mənsurə Hümbətova