Dövlət başçısı: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

Dövlət başçısı: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

16 Aprel 2024

Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

Dövlət başçısı bildirib: “Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur”.