Culianna Smit: Alyansın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı çox dəyərlidir

Culianna Smit: Alyansın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı çox dəyərlidir

02 Aprel 2024

NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı çox dəyərlidir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu jurnalistlər üçün onlayn brifinqdə ABŞ-nin NATO-dakı səfiri Culianna Smit bildirib.

O xatırladıb ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu yaxınlarda Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib: “NATO-nun Baş katibi Cənubi Qafqaz ölkələrinin paytaxtlarına səfər edib və bu, bizim tərəfdaşlığımızın dəyərindən xəbər verir. Gürcüstan bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Azərbaycan və Ermənistan da NATO ilə münasibətlərini dərinləşdirir, lakin vurğulamaq lazımdır ki, bütün tərəfdaşlar üzvlüyə can atmır”.

ABŞ-nin NATO-dakı səfiri qeyd edib ki, NATO Gürcüstanın alyansın bir hissəsi olmaq istəyini dəstəkləyir.

Mənsurə Hümbətova