“Cüdo Klub 2012”də cüdoçularla maarifləndirici görüş keçirilib

“Cüdo Klub 2012”də cüdoçularla maarifləndirici görüş keçirilib

12 Fevral 2024

Azərbaycan Cüdo Federasiyanın əməkdaşları “Cüdo Klub 2012”də cüdoçularla maarifləndirici görüş keçiriblər.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, sessiyada şagirdlərlə “Bullying”in mənası, onun potensial riskləri və ona qarşı durmağın əhəmiyyəti müzakirə edilib.

Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, uşaqlar məlumatlandırıcı bukletlər və qolbaqlar əldə ediblər.

Mənsurə Hümbətova