![Ceyhun Bayramov TDT-nin Baş katibi ilə görüşüb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/ceyhun-bayramov-tdt-nin-bas-katibi-ile-gorusub-1709385327.jpeg)
Ceyhun Bayramov TDT-nin Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycanın sülhün və sabitliyin möhkəmləndirilməsinə, genişmiqyaslı əməkdaşlığın təşviqinə sadiqliyi qeyd olunub.
Mənsurə Hümbətova