Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub

22 Yanvar 2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidana zəng vurub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.

Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.