Ceyhun Bayramov: ATƏT-in Minsk qrupu kimi mandatı bitmiş təsisatları arxaik fəaliyyət göstərir

Ceyhun Bayramov: ATƏT-in Minsk qrupu kimi mandatı bitmiş təsisatları arxaik fəaliyyət göstərir

14 May 2024

ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu, fəaliyyətdə olan sədrin nümayəndəsi, yüksək səviyyədə planlaşdırma kimi təsisatları nəticə verməyib.

 

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, bu təsisatların mandatı tükənib, arxaik fəaliyyət göstərirlər.

 

“Arxaik fəaliyyət göstərən, keçmiş ifadələrdən istifadə edən bu təsisatları ATƏT-in məhdud büdcəsindən maliyyələşdirməyə ehtiyac yoxdur. ATƏT digər layihələrə dəstək verə bilər. Mina təhlükəsizliyi, keçmiş köçkünlərin evlərinə qaytarılması, ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi layihələrə ATƏT dəstək verə bilər”, - C.Bayramov deyib.