9 yaşımızda...

9 yaşımızda...

15 İyun 2024

Bu gün "NAXÇIVANXƏBƏRLƏRİ" - nin yaranmasından 9 il ötür.

"NAXÇIVANXƏBƏRLƏRİ" MMC 2015-ci il iyun ayının 15-də, Milli Qurtuluş Günündə yaranıb.

Regionun ən operativ və dəqiq xəbər ünvanı olan "NAXÇIVANXƏBƏRLƏRİ" həm də Naxçıvanın ilk müstəqil xəbər saytıdır.
Saytda gündəlik olaraq bütün mövzularda xəbərlər paylaşılır, sərbəst məqalə və yazılara üstünlük verilir.

Təkcə regionla bağlı xəbərlər deyil, həm də ölkə və dünya gündəmi saytın əməkdaşları tərəfindən diqqətdə saxlanılır, bu mövzularda müxtəlif yazılar və materiallar təqdim edilir. Saytda gündəlik 250-ə qədər paylaşım edilir. İzləyici sayı informasiya yükündən asılı olaraq dəyişir, ümumilikdə saytın izləyici sayı 200 minə yaxındır. Həmçinin saytın sosial şəbəkələrdə hesabları fəaliyyət göstərir ki, bu da məlumatları oxuculara daha yaxın edir.

"Facebook", "İnstagram" "Tik-Tok" üzərində izləyici sayı 90 min olan səhifələrimiz var. Sosial şəbəkələrdə gün ərzində edilən paylaşımlar 200 mindən çox hesaba çatır.

Bizi izlədiyiniz üçün təşəkkür edirik!