Çempionlar Liqasının finalının rəsmi topu təqdim edilib
UEFA Çempionlar Liqasının pley-off və final oyununda istifadə olunacaq top təqdim edilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Topda iki aslan təsvir edilib.
Bildirilib ki, bu, İngiltərənin və paytaxt Londonun zəngin tarixi, mədəniyyətinin rəmzi olmaqla yanaşı, həm də oyunçuların cəsarətini, gücünü, həmçinin Avropa klub futbolunun ən çox arzulanan kubokunun əzəmətini təcəssüm edir.
Turnirin rəsmi topu "UCL Pro Ball London" adlandırılıb.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsi sabah start götürəcək. Final matçı iyunun 1-də Londonda gerçəkləşəcək.
Mənsurə Hümbətova