Cəbrayıl şəhərində 39 ailəyə mənzillərin açarları təqdim edilib
Cəbrayıl şəhərində 165 nəfərdən ibarət 39 ailəyə mənzillərin açarları təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
O cümlədən,
- Biləsuvar rayonundan – 20 ailə (91 nəfər);
- Bakı şəhərindən – 11 ailə (40 nəfər);
- Şirvan şəhərindən – 2 ailə (5 nəfər);
- Zaqatala rayonundan – 1 ailə (8 nəfər);
- Cəlilabad rayonundan – 1 ailə (6 nəfər);
- Şabran rayonundan – 1 ailə (5 nəfər);
- Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər);
- Hacıqabul rayonundan – 1 ailə (4 nəfər);
- Sumqayıt şəhərindən – 1 ailə (2 nəfər)
Beləliklə, ümumilikdə Cəbrayıl şəhərinə cəmi 326 ailə (1334 nəfər) köçürülüb.