“Barselona” klubunun futbolçusu tarixə düşüb

“Barselona” klubunun futbolçusu tarixə düşüb

12 Fevral 2024

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal tarixə düşüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, gənc yarımmüdafiəçi La Liqanın XXIV turunda “Qranada” ilə oyunda dubl edərək buna nail olub.

Bununla 16 yaşlı hücumameyilli oyunçu cari mövsüm ölkə çempionatında qol sayını 3-ə çatdırıb. Yamaldan əvvəl La Liqa tarixində heç kim 17 yaşına çatana qədər rəqib qapılarından 3 top keçirməmişdi. İker Muniain və Ansu Fati 2 qol vurmağı bacarıblar.

Qeyd edək ki, “Barselona” hazırda 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mənsurə Hümbətova