Bakı şəhərində Naxçıvanın incəsənət nümayəndələrinin  muxtariyyətin 100 illiyinə həsr olunmuş konserti keçiriləcək

Bakı şəhərində Naxçıvanın incəsənət nümayəndələrinin muxtariyyətin 100 illiyinə həsr olunmuş konserti keçiriləcək

11 Fevral 2024

Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi münasibəti ilə Naxçıvanın incəsənət nümayəndələrinin konserti keçiriləcək. Musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvanın incəsənət nümayəndələrini Naxçıvan Musiqi Kollecinin müəllimi, Əməkdar artist Elman Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.

Konsertdə Azərbaycan Respublikasının əməkdar artistləri-Vilayət İsmayılov və Tural Nəcəfovun, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri-Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova və Aqib Seyidovun (kamança), Respublika və beynəlxalq müsabiqələr laureatları-Sevinc Babayeva (qanun) və  solist İlkin Abdullayevin  ifaları təqdim olunacaq. Musiqi şölənində, həmçinin Xalq artisti Gülyanaq Məmmədova da əsərlər ifa edəcək.

Mənsurə Hümbətova