Babək rayon Mədəniyyət İdarəsində "Milli Musiqi Günü" qeyd edilib - FOTO
Sentyabrın 18-də Babək Rayon Mədəniyyət Sarayında “Milli Musiqi Günü” münasibətilə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan əməkdaşların iştirakı ilə “Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi” başlığı altında tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bu gün Azərbaycan bütün dünyaya öz musiqisi ilə səs salıb. Sərhədsiz dünyaları aşan Azərbaycan musiqisini belə bəşəri edən böyük simaları, dahi sənətkarlarıdır. Milli və klassik musiqimizin Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Rəşid Behbudov kimi böyük klassikləri milli irsimizə iz salaraq sənət tariximizi zənginləşdirməklə yanaşı, onun dünyada tanınmasında da rol oynamışlar. Böyük sənətkarlar sırasında adı dünyada tanınan dahi bəstəkar Üzeyir Hacıbəyli bəşər musiqi xəzinəsinə bəxş etdiyi nadir nümunələr böyük məhəbbətlə qarşılanır. Qeyri-adi istedadı ilə tanınan Üzeyir Hacıbəyli yaradıcılığı yüksək qiymətləndirilir. Əbəs yerə deyil ki, sentyabrın 18-də ölkəmizdə Ü.Hacıbəylinin doğum günü Milli Musiqi Günü qeyd olunur. 1995-ci ildə həmin gün dövlət statusu alıb. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə hər il 18 Sentyabr Milli Musiqi Günü kimi qeyd olunmağa başlandı.
Tədbirin musiqili hissəsində Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən yaradıcı kollektivlərin və uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirildi.