“Azıx və Tağlar mağaraları” nominasiyası UNESCO-nun İrs Komitəsinin İlkin siyahısına salınıb

“Azıx və Tağlar mağaraları” nominasiyası UNESCO-nun İrs Komitəsinin İlkin siyahısına salınıb

23 Sentyabr 2023

Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları- Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya (Tentative List) daxil edilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə UNESCO üzrə Azərbaycanın Milli Komissiyasından bildirilib.

Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.