Azərbaycanın Xalq artisti vəfat edib

Azərbaycanın Xalq artisti vəfat edib

24 May 2024

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının keçmiş aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Tofiq Mövləvi bu gün vəfat edib.

21 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olan T.Mövləvi Naxçıvan teatrının səhnəsində bir-birindən zəngin obrazlar yaratmışdır.

Allah rəhmət eləsin!