Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda mükafat qazanıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, o, Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində fərqlənib.
İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb.
1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.
Mənsurə Hümbətova