![Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/azerbaycanin-daha-bir-gulescisi-avropa-cempionatinin-qizil-medalina-yiyelenib-1716400822.jpeg)
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib
Azərbaycanın daha bir yunan-Roma güləşçisi - Qurban Qurbanov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İslam İsmayıloviç Əliyevlə qarşılaşıb.
Rəqibinə 8:2 hesabı ilə qalib gələn Q.Qurbanov Avropa çempionu tituluna yiyələnib.
97 kiloqramda çıxış edən Azərbaycanın digər güləşçisi Murad Əhmədiyev (97 kiloqram) isə finlandiyalı Aapo Viitalanı 11:0 hesabı ilə üstələyərək üçüncü yeri tutub.
Daha əvvəl Nihad Quluzadə (60 kiloqram) gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.