![Azərbaycanın aerobika gimnastikası millisi Praqada gümüş medal qazanıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/azerbaycanin-aerobika-gimnastikasi-millisi-praqada-gumus-medal-qazanib-1713711631.jpg)
Azərbaycanın aerobika gimnastikası millisi Praqada gümüş medal qazanıb
Azərbaycanın aerobika gimnastikası üzrə gənclərdən ibarət millisi Çexiyanın paytaxtı Praqada keçirilən “Czech Aerobic Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
NAXCİVANXEBERLERİ.COM-un federasiyanın mətbuat xidmətinə istinadən məlumatına görə, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət heyət ikinci yeri tutub.
Adı çəkilənlər "üçlük" proqramında uğurlu çıxış ediblər.
Mənsurə Hümbətova